Dərc edilib: 20-03-2024

https://www.nuh.az/36799-.html

Bərgüşadçay su anbarı ilə bağlı MÜHÜM AÇIQLAMA

20.03.2024 18:08:24

LIVE

"Ümumi su tutumu 70,5 milyon kubmetr olan "Bərgüşadçay" su anbarının inşası böyük ehtimalla bu il tamamlanacaq".

Bunu "Report"a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin "Proyapı" şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

Su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranacaq, uzunluğu 61,5 kilometr olan magistral boru kəməri vasitəsilə isə "Qız Qalası" hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün saniyədə 12 kubmetr suyun verilməsi mümkün olacaq.

Layihə çərçivəsində həmçinin bəzi rayonların içməli su ilə təchizatı nəzərdən keçirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib