Dərc edilib: 21-03-2024

https://www.nuh.az/36803-.html

Qırğızıstan və Özbəkistan arasında GİZLİ TUNEL

21.03.2024 11:20:58

Maraqlı

Qırğızıstan sakininin evindən Özbəkistan ərazisinə çıxan tunel tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, tunel 15 metr dərinlikdə döşəmənin altında qazılıb, uzunluğu isə 130 metrdir.

Məlum olub ki, saxlanılan şəxsin evindən Özbəkistan sərhədinə qədər təxmini məsafə 50 metrdir.

Bildirilib ki, tunel malların və şəxslərin qaçaqmalçılığı məqsədilə istifadə edilib.

Evin 38 yaşlı sahibi, qanunsuz fəaliyyətin tərtibatçısı saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib