Dərc edilib: 21-03-2024

https://www.nuh.az/36808-.html

Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi oldu – Azərbaycan isə 101-ci...

21.03.2024 13:42:21

Mədəniyyət

Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi elan edilib.
Yeniavaz.com xəbər verir ki, BMT-nin iştirakı ilə tərtib edilən dünyanın ən xoşbəxt ölkələrinin reytinqini tərtib edən “World Happiness Report”un tərtibçiləri belə qənaətə gəliblər.

Bildirilir ki, Finlandiya ilə yanaşı, sosioloqlar müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Danimarka və İslandiyanı ən xoşbəxt ölkələr kimi tanıyıblar.
İlk onluq belədir:

1. Finlandiya;
2. Danimarka;
3. İslandiya;
4. İsveç;
5. İsrail;
6. Niderland;
7. Norveç;
8. Lüksemburq;
9. İsveçrə;
10. Avstraliya.

Xoşbəxtliyin ən az olduğu 10 ölkə isə bunlardır:

1. Zambiya
2. Esvatini
3. Malavi
4. Botsvana
5. Zimbabve
6. Konqo Demokratik Respublikası
7. Syerra-Leone
8. Lesoto
9. Livan
10. Əfqanıstan

Qeyd edək ki, qonşu ölkələrdən ən xoşbəxt olanı Qazaxıstandır - 49-cu yer. Onu müvafiq olaraq 72-ci yerlə Rusiya, 82-ci yerlə Ermənistan, 91-cı yerlə Gürcüstan, 98-ci yerlə Türkiyə, 100-cü yerlə İran izləyir. Azərbaycan siyahıda 101-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan 2022-ci ildə dərc olunan hesabatda 92-ci yerdə qərar tutmuşdu.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib