Dərc edilib: 21-03-2024

https://www.nuh.az/36816-.html

Qızılın qiyməti rekord həddə qalxdı

21.03.2024 20:58:31

LIVE

Qızılın qiyməti rekord həddə qalxıb.

 

NUH.az    oxu.az-a istinadən xəbər verir ki, Federal Rezerv Sistemi bu il üç faiz endirim proqnozunu saxladıqdan sonra ABŞ dolları və istiqraz gəlirləri azalıb ki, bu da qızılın qiymətinin artmasına səbəb olub.

Spot qızıl sessiya gedişatı zamanı 2 222,39 dollar rekord həddinə çatdıqdan sonra 1% bahalaşaraq bir unsiya üçün 2 208,3 dollar olub.

Qeyd edək ki, ötən gün Federal Rezerv Sistemi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb və 2024-cü ilin sonuna qədər 0,75% azaltmağı nəzərdə tutduğunu bəyan edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib