Dərc edilib: 21-03-2024

https://www.nuh.az/36822-.html

Prezident Tənzilə Rüstəmxanlını təltif etdi - FOTO

21.03.2024 23:00:06

LIVE

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edib.

Bakupost.az xəbər verir ki, T.Rüstəmxanlı bu medala Azərbaycanın ictimai-siyasi həyatında aktiv roluna, Ümummill Lideri Heydər Əliyev irsinin təbliğində xüsusi xidmətlərinə və azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə layiq görülüb.
Xatırladaq ki, T.Rüstəmxanlı 2020-ci ildə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib