Dərc edilib: 21-03-2024

https://www.nuh.az/36825-.html

BMT Azərbaycanın xəritəsini YENİLƏDİ

21.03.2024 23:46:45

LIVE

Birləşmiş Millərlər Təşkilatı (BMT) Azərbaycanın xəritəsini yeniləyib.

BMT-nin 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsində Azərbaycandakı coğrafi adlar da təzələnib.

Xəritəninin təsvirini Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X” sosial şəbəkəsində paylaşıb.

Xəritədə Xankəndi, Xocavənd şəhərləri Azərbaycan toponimləri ilə qeyd edilib. Əvvəlki xəritədə isə Xankəndi "Stepanakert", Xocavənd "Martuni" kimi qeyd olunmuşdu.

Bundan başqa, xəritədə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan 8 kəndi də göstərilib. Söhbət Qazaxın 7 kəndindən və Naxçıvanın Sədərək rayonunun 1 yaşayış məntəqəsindən gedir.

Qazaxın işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycan ərazisinə bitişikdir, qalan 3 kənd -  Yuxarı Əskipara, Sofulu ,Barxudarlı və Naxçıvanın Kərki kəndi də hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş esklav yaşayış məntəqəsidir(hər tərəfdən Ermənistan ərazisilə əhatələnib).
www.anews.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib