Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36832-.html

Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim - Cavanşir Quliyev + VİDEO

22.03.2024 10:00:05

LIVE

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.


NUH.az   Musavat.com-a istinadən xəbər verir ki, verilişin budəfəki sayının qonağı bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev olub.

Bəstəkar bir müddət öncə Türkiyədə müalicə alarkən haqqında yayılan ölüm xəbərlərinə münasibət bildirib:

“Xəbər yayılanda reanimasiyada idim. Mənə zənglər gəlirdi. Dedilər ki, səni öldürdülər. Dedim ki, “bir az şişirtmisiniz, o qədər ölməmişəm”. Bu hadisəni zarafata çevirməyə çalışdım”.

C.Quliyev onu ən çox duyğulandıran əsərindən - “Əsgər marşı”ndan bəhs edib:

“Hər dəfə bu marşı dinləyəndə silahı götürüb müharibəyə qaçmaq istəyirəm. Bəzi hallarda duyğulanmamaq üçün dinləmirəm. 90-cı illərin əvvəlində nənələrinin qucağında Qarabağdan gələn uşaqlar 30 il sonra tankın üstündə, bu marşın sədaları altında torpaqlarımızı geri aldılar. Mənəvi olsa da, köməklik etmiş olmağım məni çox sevindirir”.

Ətraflı süjetdə:

NUH informasiya agentliyi səhifəsindən çap edilib