Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36842-.html

Ölkə birincisi Aytac Əsgərova - Valideynlərim mənə heç vaxt OXU deməyib - Video

22.03.2024 12:16:49

LIVE

Valideynlərim mənə heç vaxt "oxu” deməyib.
Xezerxeber.az xəbər verir ki, bunu magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Aytac Əsgərova bildirib.
O, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
"Heç vaxt valideynlərim mənə "oxu” deməyiblər. Çünki, uşaqlıqdan həmişə çalışqan şagird olmuşam”, - Aytac Əsgərova deyib.
O, elə  məktəb illərində də bir sıra nailiyyətlər  qazanıb. Fizika fənni üzrə keçirilən olimpiadanın qalibi olub.
Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı ilə Böyük Britaniyada təhsil almağı planlayır, sonra isə qayıdıb Azərbaycanda öz sahəsi üzrə fəaliyyət göstərmək istəyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib