Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36848-.html

32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı

22.03.2024 13:27:56

LIVE

Aktrisa Sonaxanım Əliyeva plastik əməliyyat etdirməsi iddialarına cavab verib.

Yenisabah.az xəbər verir ki, o, əməliyyat etdirmədiyini deyib. Aktrisa bu haqda "Ay Zaur" proqramında açıqlama verib:

"107 kiloqram idim. 4 ay ərzində 32 kiloqram çəki atmışam. Çoxları deyir mədəkiçiltmə etdirmişəm. Bütün günü efirdəyəm, necə əməliyyat etdirdim? Haqqıma girirsiniz. Getdim həkimə, analiz verdim, nə yemək olar, nə olmaz dedilər. 4 aya insulin dirəncim yerinə gəldi, xolesteronum düşdü, qaraciyər piylənməm aradan qalxdı. Hazırda 75 kiloqramam".

NUH informasiya agentliyi səhifəsindən çap edilib