Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36850-.html

Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?

22.03.2024 14:00:18

Mədəniyyət

Azərbaycand qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?

 NUH.az   olaraq bu məsələni araşdırmışıq.

Belə partiyaların biri uzun illərdi fəaliyyət göstərən Azərbaycan İslam Partiyasıdır. Sədri Mövsüm Səmədov bu il həbsdən çıxsa da elə də aktiv şəkildə siyasi fəaliyyət göstərmirlər.

1990-cı illərdən bəri fəaliyyət göstərsə də qeydiyyata alınmayan Azərbaycan Sosialist Partiyası ( sədri Elşən Həsənov ) 6 dəfə qeydiyyat üçün müraciət etsə də dövlət reyestrinə düşməyib. Hal-hazırda qeydiyyat işi Avropa Məhkəməsindədir.

Heydər Əliyevi özünə öndər bilən Mirkazım Seyidovun Böyük Dayaq Partiyası da qeydiyyatı olmayan partiyalardandı. Əsasən aktiv fəaliyyət göstərməsə də partiya ara-sıra bəyanatlar yayır,yığıncaqlar təşkil edir.

Uzun illərdir fəaliyyət göstərən  Demokratik Birlik Partiyası da ( sədri  Mirfazil Həmid ) qeydiyyatsız şəkildə siyasi fəaliyyət göstərənlər siyahısındadır.

Prezidentin qatı dəstəkçisi olan Emin Babayevin Vətən Naminə Birlik Partiyası da qeydiyyatsız fəaliyyət göstərir.

Uzun illər AXC(P) üzvü olan Cahandar Bayoğlunun sədri olduğu   Turan Partiyası da qeydiyyatsızdır. Cahandar Bayoğlunun sözlərinə görə 10.000-dən çox üzvləri var. Amma qeydiyytaları yoxdur.

Müxalif mövqeyi ilə seçilən Azərbaycan Demokratiya və Rifah Partiyası bir neçə dəfə qeydiyyat üçün müraciət etsə də qeydə alınmayıb. Hazırda həbsdə olan  Qubad İbadoğlunun sədrlik etdiyi partiyanın qeydiyyat məsləsi Avropa Məhkəməsindədir.

Hal-hazırda Ədliyyə Nazirliyində qeydiyyat məsələsinə baxılan Azərbaycan Milliyətçi Demokrat Partiyası Qələndər Muxtarlının rəhbərliyi altında yenidən yaradılmışdır. Ötən il siyasi partiyalar haqda yeni qanundan sonra ləğv edilən partiya bu il Əli Mustafanın Demokratik Dəyişim Partiyası ilə birləşmişdir. Daha öncə də Həsən Həsənovun partiyası ilə birləşmiş AMDP yaxın günlərdə rəsmi qeydiyyata alınmağı gözləyir. Ötən il ləğv olunan  Azərbaycan Liberal Partiyası da ( sədri Əvəz Temirxan ) yenidən fəaliyyətə başlayanlar sırasındadır. Yaxın vaxtlarda siyahını Ədliyyə Nazirliyinə təqdim etməyə hazırlaşan partiya parlament seçkilərinədə iddialıdır. Yaxın günlərdə Ədliyyə Nazirliyindən yox cavabı alan və buna görə qeydiyyatsız fəaliyyət göstərən partiyalardan sonuncusuda Azad Azərbaycan Partiyasıdır.  Funksioneri Oqtay Hüseynov olan partiyanın qərargahı Gədəbəy rayonudur.

 

NUH.az   Həsən Türksoy  

NUH informasiya agentliyi səhifəsindən çap edilib