Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36857-.html

Samuxa yeni DYP rəisi təyin edilib

22.03.2024 15:58:43

LIVE

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin olunub.
 
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bölmə rəisi vəzifəsi polis mayoru Azər Mehdiyevə həvalə edilib.
Bundan əvvəlki bölmə rəisi Samir Quliyev isə sərancama götürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib