Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36858-.html

Rusiya vətəndaşı olan Cəlilabadlı Ukraynada döyüşdə həlak olub - FOTO

22.03.2024 16:05:47

LIVE

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

 

Bu barədə mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.

 

V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib. Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib