Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36861-.html

Məşhur marşalın oğlu vəfat etdi

22.03.2024 16:35:27

LIVE

Rusiya Atçılıq Federasiyasının (RFE) rəsmi saytında təşkilatın keçmiş prezidenti Mixail Budyonnının vəfatı barədə məlumat dərc olunub. Onun 79 yaşı var idi. 

Mixail Budyonnı vətəndaş müharibəsinin məşhur iştirakçısı, Sovet İttifaqının marşalı Semyon Budyonnının oğludur. O, 1984-1993-cü illərdə əvvəl SSRİ Atçılıq Federasiyana, daha sonra isə Rusiya Atçılıq Federasiyana  rəhbərlik edib, 1990-1995-ci illərdə Beynəlxalq Atçılıq Federasiyasının Bürosunun üzvü olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib