Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36867-.html

10 il Respublika prokuroru olmuş Abbas Zamanovun 100 yaşı olur - Təbriklər cənab general

22.03.2024 19:00:25

Maraqlı

 

Bu gün   1976-1986-cı illərdə Azərbaycan SSR-in  Respublika  prokuroru vəzifəsində işləmiş  Abbas Məmmədtağı oğlu Zamanovun 100 yaşı tamam olur. 
Bu barədə tanınmış  jurnalist Rövşən Kəbirli öz fb səhifəsində yazıb. 

Məlumat üçün  qeyd edək ki, general rütbəsinə qədər yüksəlmiş  A. Zamanov 1924-cü ildə Bakıda anadan olub, 1962-69-cu illərdə Naxçıvan DTK-nın sədri, 1969-76-cı illərdə isə Azərbaycan DTK-nın sədrinin müavini vəzifələrində işləyib.
Maraqlıdır ki, 10 il  Respublika  rokuroru vəzifəsini daşımış və bu gün  100 yaşını qeyd edəcək general nədənsə bu əlamətdar gündə dövlətin və həmkarlarının diqqətindən kənarda qalıb.
Biz öz tərəfimizdən 100 yaşlı Abbas müəllimi təbrik edir və ona cansağlığı  arzu edirik. 
NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib