Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36876-.html

Xarkov qaranlığa qərq oldu

22.03.2024 21:51:17

LIVE

Xarkov şəhəri tamamilə enerjisiz qalıb. 

Bu barədə şəhərin meri İqor Terexov bildirib.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş su təchizatı və istilik sistemi demək olar ki, işləmir, küçələrdə işıqforlar sönüb, elektrik nəqliyyatı dayanıb. Şəhərdə vahid qaynar xətt fəaliyyətə başlayıb, təcili yardım telefonları söndürülüb.

Bundan əvvəl “Ukrenerqo” enerji şirkətinin rəhbəri Vadim Kudritski bildirib ki, ölkənin enerji sistemi ən güclü hücuma məruz qalıb. 

"Cebhe.info"

NUH informasiya agentliyi səhifəsindən çap edilib