Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36878-.html

Moskvada konsert zalında dəhşət: 15 ölü, 50 yaralı – VİDEO + FOTO

22.03.2024 22:28:59

LIVE

22:11

Yaralıların sayının 50-yə çatdığı bildirilir.

——-

21:57

Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Readovka” teleqram kanalı məlumat yayıb.

“Mash” teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.

“Mash” eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.

——-

21:34

Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall”da kamuflyajlı naməlum şəxs avtomatdan atəş açıb. Hadisə “Piknik” qrupunun konserti başlamazdan əvvəl baş verib.

 

Milli.Az bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs avtomatdan atəş açıb və fişənglər atıb. Qaçan insanlar yerdə ən azı beş nəfər olan yaralıları görüblər. KİV-in məlumatına görə, azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Atəş açanların 3 nəfər olduğu da bildirilir. Hazırda binada yanğın var.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib