Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36880-.html

Dünya ordularının reytinq sıralaması

22.03.2024 23:02:07

LIVE

Dünya ordularının reytinq sıralaması yayımlanıb.

 

NUH.az xəbər verir ki bu haqda beynəlxalq global fire power təşkilatı məlumat yayıb.

İlk dördlük dəyişməsə də sıralamada maraqlı yeniliklər var. Qardaş  Türkiyə 2 pillə irəliləyərək 8-ci, Pakistan 1 pillə geriləyərək 9-cu, Fransa 2 pillə geriləyərək 11-ci, İran 1 pillə irəliləyərək 14-cü, Ukrayna 1 pillə geriləyərək 18-ci, Gürcüstan 1 pillə irəliləyərək 84-cü yerdə  qərarlaşıb.

Ölkəmiz isə 1 pillə geriləyərək 59-cu  yerdə  qərar tutub. Ölkəmizi keçən isə Qazaxıstan ordusu olub. Digər Türk dövlətlərindən Özbəkistan 1 pillə geriləyərək 65-ci, Qırğızıstan 1 pillə irəliləyərək 100-cü, Türkmənistan isə 83-cü sırada qərarlaşıb.

Mənfur qonşumuz Ermənistan isə sırlamada 2 pillə geriləyərək 102-ci yerdədir. Siyahıya Amerika Birləşmiş Ştatları rəhbərlik edir, ikinci Rusiya,  üçüncü Çin, dördüncü Hindistandır. İlk beşliyi Böyük Britaniyanı geridə qoyan Cənubi Koreya qapayır.

 

Həsən Türksoy. NUH.az  

NUH informasiya agentliyi səhifəsindən çap edilib