Dərc edilib: 22-03-2024

https://www.nuh.az/36882-.html

Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO

22.03.2024 23:36:23

LIVE

Ermənistanın eks-prezidenti, İkinci Qarabağ savaşında Xankəndidən biabırçılıqla qaçan Robert Koçaryanın kiçik oğlu Levon Koçaryan Baş nazir Nikol Paşinyanı “Daşınmaz əmlak üzrə Azərbaycan agenti” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu, Ermənistan parlamentində keçirilən hökumət saatı zamanı baş verib.

Paşinyanın hesabatından sonra deputat Levon Koçaryan hökumət başçısına “Bütün bunlardan sonra məndə sadə bir sual yaranır: Siz bu ölkənin Baş nazirisiniz, yoxsa daşınmaz əmlak üzrə Azərbaycan agenti?” sualını ünvanlayıb.

Bu sualdan sonra parlamentin spikeri deputata irad bildirib: “Cənab Koçaryan, əminəm ki, siz erməni dilini bilir və terminlərdən düzgün istifadə etməyi bacarırsınız. Mən müzakirələri şəxsiyyətlər müstəvisinə keçirmək istəmirəm, halbuki müxtəlif illərdəki müxtəlif hökumətlərdən və başçılarından misallar gətirə bilərəm. Ədəb çərçivəsində davranmağınızı xahiş edirəm”.

Tribunaya qayldan Nikol Paşinyan isə Ermənistanın xəritəsini nümayiş etdirir və deyir:

“Mən bu ölkənin baş naziriyəm. Ötən dəfə mən Köçaryanın kiçik oğluna düzgün davranmağı tövsiyə etdim. Əks halda nələr olacağını bilirsiniz. Onun oğluna düzgün davranması üçün xəbərdarlıq etdim”.

Ermənistanın Baş naziri son sözlərini parlamentdə qalxan səs-küy içində səsləndirməli olur.

Həmin epizodu aşağıdalı linkdən izləmək mümkündür:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib