Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36892-.html

Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan 5 nəfər Azərbaycan vətəndaşı saxlanıldı

23.03.2024 14:19:18

LIVE

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.


Lent.az bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Qeyd olunur ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Məmmədov Z.İ. Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan, kriminal aləmdə “sələfi” statusuna malik olan Əsgərov dövlətin apardığı fəal mübarizə siyasəti nəticəsində ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlib.

 

Martın 22-də əməliyyat tədbirləri həyata keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib