Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36894-.html

Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub

23.03.2024 14:53:17

LIVE

“Crocus City Hall”da baş verən terror aktı zamanı həlak olan azərbaycanlı barədə yeni məlumatlar əldə olunub.

Terror aktında həlak olan həmyerlimizin 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu olduğu məlum olub.

Terror aktı ilə bağlı yaradılmış operativ qərargahdan APA-ya bildiriblər ki, V. Hüseynovun Azərbaycan və ya Rusiya vətəndaşı olduğu araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib