Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36895-.html

Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?

23.03.2024 15:31:03

LIVE

Rusiyanın paytaxtı Moskvada yerləşən  "Crocus City Hall"da konsert zamanı baş verən terrorla bağlı  yeni  detallar məlum olub.

Referans.az  yerli mediaya istinadən  xəbər  verir  ki, terror baş verən ərazidə "Renalut" markalı avtomobil aşkarlanıb.

Terrorçuların həmin  avtomobillə  zala  hücum  etdiyi  güman  edilir.

REN TV kanalı   terrorçular olduğu güman edilən Renault markalı avtomobilin vurulduğu yerdən görüntülər əldə edib.

Görüntülərdə terrorçunun   yaralı halda  yerdə uzandığı   əks  olunub.

O, 2004-cü il təvəllüdlü Fayzov Məhəmmədsobir Zokirçonoviçdir.

Təqib nəticəsində terrorçu olduğu iddia edilən şəxsin gözü zədələnib. İndi o, əməliyyat olunur, ondan sonra dindiriləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib