Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36900-.html

Özünü ölülüyə vuraraq terrorçulardan xilas ola bilib

23.03.2024 17:03:08

LIVE

Dünən axşam Moskvadakı “Crocus City Hall”da terror aktı zamanı yaralanan şəxslərdən biri yerli mediaya müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, yaralı halda xilas edilən gənc qız silahlı şəxslərin içəri daxil olduğu zaman yerə uzanaraq özünü ölülüyə vurduğunu deyib.

“Döşəməyə yıxıldım və özümü ölü kimi apardım. Yanımdakı qız öldürüldü”, - o deyib.

Bildirilir ki, qadın çoxsaylı yanıq xəsarətləri alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib