Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36901-.html

Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO

23.03.2024 17:22:35

LIVE

Dünənki terror hadisəsində şübhəli şəxs qismində tanınanlardan birinin aksiyada iştirak etmədiyi üzə çıxıb.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin şəxsin adı Rüstəm Nəzərovdur. O, bütün günü ailəsi ilə Samarada evdə olub.

29 yaşlı Rüstəmin bacısı Pərvinə deyib ki, qardaşı əvvəlcə onunla və valideynləri ilə nahar edib, sonra onu evə aparıb. Səhər saatlarında fotosunu terrorçuların siyahısında görən Rüstəm özü polisə gedib. Onun ifadə verdiyi bildirilir.

Rusiya mətbuatının xəbərinə əsasən, terrorçuların hadisə yerinə gəldiyi "Renault" əvvəllər Rüstəmin adına qeydiyyatda olub, lakin qonşuların dediyinə görə, o, maşınını iki il əvvəl satıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib