Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36902-.html

Terror zamanı Müslüm Maqomayevin də muzeyi yanıb ...

23.03.2024 17:53:08

LIVE

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında törədilən terror aktı zamanı baş verən yanğın nəticəsində Müslüm Maqomayevin muzeyi də yanıb. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə jurnalist Natalya Osipova məlumat verib.
“Dəhşətli insan faciəsi ilə yanaşı, mədəni fəlakət də yaşandı. Mənbələrim bildirir ki, Krokusda Müslüm Maqomayev muzeyi yanıb. O, zalda, damın altındakı mərtəbədə idi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib