Dərc edilib: 23-03-2024

https://www.nuh.az/36911-.html

Terrorçuların daha bir vəhşiliyi üzə çıxdı - Qaçarkən uşağı...

23.03.2024 22:09:17

LIVE

"Crocus City Hall"da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar.


NUH.az   oxu.az-a istinadən xəbər verir ki, bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib.

Qadın bildirib ki, terrorçular ağ rəngli "Renault" markalı avtomobildə olublar.

"Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb", - qadın bildirib.

Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib ki, uşağa xəsarət yetirsin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib