Dərc edilib: 24-03-2024

https://www.nuh.az/36913-.html

Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto

24.03.2024 05:46:39

LIVE

Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rövşən İsmayılov qaynar döyüşlərin getdiyi ərazidə aldığı güllə yarasından dünyasını dəyişib.

Bildirilib ki, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan R.İsmayılov müharibəyə könüllü kimi qatılıbmış.

Onun bir oğlu yadigar qalıb.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib