Dərc edilib: 24-03-2024

https://www.nuh.az/36925-.html

Terrorçuların milliyyəti, vətəni və dini olmur - Tacikistan Prezidenti

24.03.2024 20:16:29

LIVE

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub. 

Yenisabah.az xəbər verir ki, Tacikistan Prezidenti "Crocus"da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib. 

Qeyd edək ki, martın 22-də "Crocus City Hall"da törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib