Dərc edilib: 24-03-2024

https://www.nuh.az/36929-.html

Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb

24.03.2024 20:47:10

LIVE

“Crocus City Hall” terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var.

 

Manset.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb.

Lakin bu gün meyitlərin tanınması zamanı L.İsraelyanın da öldürüldüyü məlum olub. Lilitin dostlarının yazdığına görə, ər-arvad çoxdan “Piknik” qrupunun konsertinə getməyi arzulayırmışlar. Konsertə gedən zaman yaşyarımlıq övladlarını nənə-babanın yanında qoyublar.

Crocus City Hall-da terror aktı ilə bağlı ilk məlumatlardan sonra onların hər ikisi telefon zənglərinə cavab verməyib.

Lilit və Vüqar Vnukovo hava limanında işləyirdilər. ///Musavat.com

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib