Dərc edilib: 24-03-2024

https://www.nuh.az/36935-.html

Qırmızı soğan ürək xəstəlikləri və prostat xərçənginə qarşı effektiv vasitədir

24.03.2024 23:42:25

LIVE

Bütün soğanlar, xüsusilə çiy yeyilən qırmızı soğan insan orqanizmi üçün çox faydalıdır.

Reyting.az
 xəbər verir ki, ABŞ-da qocalma əleyhinə tədqiqatları ilə tanınan doktor Ponam Desai immunitetini artırmaq üçün müntəzəm olaraq qırmızı, çiy soğan yediyini bildirib və bunu hər kəsə tövsiyə edib.

“Soğanların tərkibində güclü antioksidant və iltihab əleyhinə faydalar verən quercetin adlı bir maddə var. Quercetin ürək xəstəliyi, yüksək xolesterol və prostat xərçəngi riskini azaltmağa kömək edir. Funksional tibbdə də istifadə olunur”,- o deyib.

Mütəxəssis qeyd edib ki, qırmızı soğan ağ və sarı soğandan daha çox quercetin ehtiva edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib