Dərc edilib: 25-03-2024

https://www.nuh.az/36938-.html

25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?

25.03.2024 00:29:06

LIVE

Düz 25 il əvvəl - 1999-cu il martın 24-də ABŞ-yə səfər edən Rusiyanın hökumət başçısı Yevgeni Primakov NATO-nun Yuqoslaviyanı bombalamağa başlamasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevitdirib və Moskvaya qayıdıb.

“Cebhe.info” xəbər verir ki, bu tarixi xatırladan Rusiya mətbuatı “Bu addım bütün dünyaya göstərdi ki, Rusiya öz kursu ilə getməyə, beynəlxalq hüquq normalarına əməl etməyə və digər dövlətlərin də bu normalara riayət etməsində təkid etməyə hazırdır. Primakovun Qərbin hərəkətləri ilə qəti şəkildə razılaşmadığı bütün dünyada diqqət çəkdi”,-deyə bu gün tirajlayıb.

Rusiya mətbuatı yazır ki, Primakovun təyyarəni Atlantik üzərində çevirmək qərarı Rusiyanın suverenlik uğrunda mübarizəsinin başlanğıcıdır.

“1999-cu ildə NATO ölkələri BMT Təhlükəsizlik Şurasının razılığı olmadan Yuqoslaviyaya qarşı hərbi əməliyyata başladılar. Bombalama və quru əməliyyatları 1999-cu il martın 24-dən iyunun 10-dək davam etdi. 87-si uşaq olmaqla 2,5 min insan həlak oldu. Yuqoslaviyaya dəyən ziyan 100 milyard dolları ötüb.NATO-nun tükənmiş uran mərmilərindən istifadə etməsi xərçəng xəstəliklərinin sayının artmasına səbəb olub”,-deyə yerli mətbuat yazır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib