Dərc edilib: 25-03-2024

https://www.nuh.az/36946-.html

Taleh Qaraşovu öldürmək istəyiblər

25.03.2024 11:29:11

Kriminal

Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.

“Qafqazinfo”nun məlumatına görə, DTX-nin yaydığı informasiyaya əsasən, müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. 

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. 

Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. 

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Taleh Qaraşovdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib