Dərc edilib: 25-03-2024

https://www.nuh.az/36950-.html

Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?

25.03.2024 13:54:11

LIVE

Kirkorovu Bakıya gətirən səbəb məlum oldu - Qapalı məclis...

Rusiyanın Xalq artisti Filipp Kirkorovun Bakıya gəlmə xəbəri səs-küysüz ötüşməyib.
 
Sənətçinin Azərbaycana təşrif buyurmasını birmənalı qarşılamayıb. Bəzi mənbələr iddia edib ki, Filippin maliyyə məsələləri ilə bağlı problemi olduğu üçün Rusiyanı tərk edib. Müxtəlif saytlarda çıxan iddialara Kirkorov və komandasından heç bir açıqlama gəlməyib.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin Bakıya gəlmə səbəbi həmin gün qatılacağı toy mərasimi olub. Filipp paytaxtın dəbdəbəli restoranlarından birində keçirilən məclisdə iştirak edib və səhnə alıb. Lakin mərasimdən görüntülərin çəkilməsinə icazə verilməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib