Dərc edilib: 25-03-2024

https://www.nuh.az/36955-.html

Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi

25.03.2024 22:41:39

LIVE

Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi (YENİLƏNİR)

Azərbaycan millisi Bakıda təşkil olunan "FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.
59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.
"FIFA series-Edition 2024"
25 mart

20.00 Azərbaycan - Bolqarıstan 1:1
Qol: Musa Qurbanlı, 87 - Filip Krastev, 59.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Səlahət Ağayev, 5. Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı, 10. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 2. Amin Seydiyev.
Baş məşqçi: Arif Əsədov.
Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.
Ehtiyat oyunçular: 1. Dimitar Mitov, 21. Svetoslav Vutsov, 2. Patrik-Qabriel Qalçev, 9. Georgi Minçev, 10. Georgi Rusev, 12. Dimitar Tonev, 14. Lukas Petkov, 15. Petko Xristov, 16. Svetoslav Kovaçev, 18. İvaylo Çoçev, 24. Stanislav İvanov, 25. Martin Minçev.
Baş məşqçi: İlian İliev.
Baş hakim: Kristo Tohver (Estoniya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib