Dərc edilib: 27-03-2024

https://www.nuh.az/36964-.html

Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək

27.03.2024 12:27:30

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u ABŞ-yə rəsmi səfərə yollanacaq.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Türkiyə lideri Ağ Evdə ilk dəfə ABŞ Prezidenti Co Baydenlə görüş keçirəcək. 

 
 

Bildirilir ki, Ərdoğanla Bayden beynəlxalq tədbirlər zamanı görüşlər keçirsə də, bu, iki lider arasında Oval Ofisdə ilk belə görüş olacaq.

Tərəflərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib