Dərc edilib: 27-03-2024

https://www.nuh.az/36968-.html

Namiq Abbasov vəfat etdi

27.03.2024 22:05:20

Cəmiyyət

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.

 

Bu barədə “NUH.az   ” Trend-ə istinadən xəbər verir.

 

Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib