Dərc edilib: 27-03-2024

https://www.nuh.az/36969-.html

Şəhid bacısı sektor müdiri təyin edildi

27.03.2024 22:12:59

LIVE

Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.

 

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Mehparə Mirzəyeva gətirilib.

Qeyd edək ki, M. Mirzəyeva daha öncə Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Onun direktoru olduğu məktəbə adı verilən şəhid Z.Murtuzəliyev M.Mirzəliyevanın qardaşıdır. Şəhid Murtuzəliyev birinci Qarabağ müharibəsində şəhid olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib