Dərc edilib: 31-03-2024

https://www.nuh.az/36993-.html

Azərbaycanda 5 min eşşək YOXA ÇIXIB - Ən çox bu rayonlardadır

31.03.2024 12:44:22

LIVE

Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qedə alınıb. 

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. 
Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur. 
Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək "yoxa çıxıb”.
Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var. 
Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.
Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.
İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş),
İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.
 
Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:
Qazax rayonu - 895 baş
Quba rayonu - 891 baş
Samux rayonu - 728 baş
Tovuz rayonu - 550 baş
Yardımlı rayonu - 553 baş
Sabirabad rayonu - 474 baş
Goranboy rayonu - 468 baş
Astara raonu - 448 baş

NUH informasiya agentliyi səhifəsindən çap edilib