Dərc edilib: 31-03-2024

https://www.nuh.az/36995-.html

Türkiyənin böyük şəhərlərində liderlər açıqlandı - Seçkini kim qazanır? (YENİLƏNİR)

31.03.2024 21:42:46

LIVE

Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə ilk nəticələr açıqlanıb.

Qaynarinfo xəbər verir ki, umumi seçki qutularının 23,52 faizi açılıb.
İlkin nəticələrə əsasən, ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) 39,43% ilə liderdir.
 
Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 38,08% ilə 2-ci, DEM Partiyası 5,2% ilə 3-cü yerdədir.
Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.
Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,74% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıklara əsasən hələlik seçicilərin 41,48%-nin səsini qazana bilib.
Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 57,07% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 35,61% toplaya bilib.
CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,75% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,29% ilə ikinci sıradadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib