Dərc edilib: 06-04-2024

https://www.nuh.az/37014-.html

Türkiyədə 11 vilayəti qadınlar idarə edəcək

06.04.2024 13:05:05

Cəmiyyət

Türkiyədə martın 31-də keçirilən yerli seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 81 vilayətdən 11-ni qadınlar idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Halktv” məlumat yayıb.

Belə ki, 2019-cu ildə keçirilən yerli seçkilərdə qadın namizədlərin nisbəti 7,89 % olub və həmin tarixdə keçirilən seçkilərin sonunda 81 əyalətdən 4-də qadın bələdiyyə başçıları seçilib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1930-cu ildən başlayaraq türk qadınlarına bələdiyyə seçkilərində iştirak, sonra kənd muxtarı olmaq, məclis üzvlərini seçmək və seçilmək hüququ verən qanunu həyata keçirib.

31 Mart 2024-cü il yerli seçkilərdə qadınlar cümhuriyyət tarixinin rekordunu qıra biliblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib