Dərc edilib: 08-04-2024

https://www.nuh.az/37026-.html

Deputat Dini Komitəyə sədr TƏYİN EDİLDİ

08.04.2024 12:46:45

LIVE

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Qeyd edək ki, bu vəzifəni əvvəllər Mübariz Qurbanlı tutub. O, növbədənkənar prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibində təmsil olunmayıb. 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti olaraq Səyyad Salahlı icra edirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib