Dərc edilib: 18-04-2024

https://www.nuh.az/37083-.html

Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış

18.04.2024 11:07:23

LIVE

Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış

Sumqayıtda keçirilən ötən bayram tədbirlərində özünü gümrah göstərmək üçün görüntü yaratmağa çalışan, həmişə də, başına topladığı komandada ən yaxınları, törətdiyi bütün qanunsuz işlərdə ortağı hesab olunan digər vəzifə sahibləri ilə qoşa dayanan icra başçısı Zakir Fərəcovun səhhətinin heç də yaxşı olmadığı barədə, yenicə başlayan həftənin ilk günlərindən şəhərdə xəbərlər dolaşmağa başlayıb. Başçının sağlamlıq durumunun qənaətbəxş olmamasıyla bağlı araz.az-a daxil olan etibarlı mənbə məlumatına görə, bu səbəbdən, əvvəllər də, o, dəfələrlə Almaniyada olub. Hər dəfə müalicəsini davam etdirsə də, bunun faydası olmayıb. Həmin ölkədən geri dönəndən bir müddət sonra, yenidən səhhətindəki ciddi problemlər öz sözünü deməyə başlayıb: Üst-üstə yüz minlərlə pul qoysa da, boğazındakı kəskin iltihablı şişin götürülməsi mümkün olmayıb. Eynən, indi olduğu kimi. Bu dəfə belə, müalicə xərclərinə tələb olunandan artıq külli miqdarda vəsait qoymaq istəyib. Lakin istəyi baş tutmayıb. Daha doğrusu, İranın başladığı oyunlara görə, yuxarılar müalicə adıyla onun xaricə üz tutmasına icazə verməyib. Beləcə, son vaxtlar milyonlarla borclu qaldığı bir qrup şikayətçi sahibkardan, narahat sakinlərdən qaçaraq, müxtəlif bəhanələrlə aradan çıxmağa, hətta gizlənməyə üstünlük verən Zakir Fərəcovun da, xaricə getməsini, birbaşa, İran olayları əngəlləyib.

Yeri gəldi deyə, əvvəlki bir-neçə yazımızda olduğu kimi, vacib olan bir məsələni, bu yazımıza da, əlavə olaraq vermək istəyirik. Daha dəqiq desək, bir-neçə il öncə tanış olduğumuz və Sumqayıtın hər yerində sözü keçən bir ağsaqqalının dedikləri ilə, bu yazımızın da mövzusunu yekunlaşdırmaq istəyirik. Əvvəllər yüksək vəzifələrdə işləyən bu nüfuz sahibi, bu məsələyə aydınlıq gətirmək üçün, bir daha deyir ki, indi də, Sumqayıt haqqında yazdıqlarımızı oxuyandır. Ona görə ki, bu şəhərin təəssübünü çəkənlərdən biridir. Məhz buna görə də, hər bizi gördükcə ürək ağrısı ilə söylədiklərini, bir daha dedi: “Dünya düzələ bilər, lakin bu gedişlə, zülmət quyusuna bənzər həngamələr məngənəsində boğulan Sumqayıt düzələ bilməz. Əgər düzələrsə, dediyim bu sözlərə görə: “Dədəmə lənət!” — deyərəm.

Axı, bu qədər pul Zakir Fərəcovda haradandır ki, “həftə səkkiz, bazar doqquz” qaçır xaricə?! Bir də ki, hansı işi görürsənsə gör, onu “Bismillah”la başlamalısan! Çünki bu aləmdəki bütün varlıqların yaradıcısı və qoruyucusu olan Uca Varlığın – Rəhman və Rəhim olan Böyük Allahın adı ilə başlanan hər bir işdə, uğurlar boyük olur həmişə. Başqa sözlə desək, “Bismillah!” hər bir işin uğurlu olması üçün, yeganə bir açardır! Haqqında çox şey danışılan bu insan isə, öz işinə, bu açarla açılan qapıdan keçməklə başlamadı deyə, bunu başımız üstündəki Uca Yaradan da gördü. Şeytana min lənət deyib, dinə-imana gəlməyənə, etdiyi pisliklərdən əl çəkməyənə Uca Tanrı cəzası ağır olub həmişə! Elə, Zakir Fərəcovun da axırı belə olmalıydı. Çünki müalicəsinə xərclədiyi pullar onun deyil, özü və ətrafına topladığı komandasındakı özünə yaxın hesab olunan yüksək səlahiyyətli vəzifə sahibləri tərəfindən incidilənlərin, zərərçəkənlərin halal pulları, saxta yollarla, müxtəlif xərclər altında büdcə hesablarından silinən, şəhər sakinlərinin yaşayışının yaxşılaşdırılması üçün nəzərdə tutulan dövlət pullarıdır. Özünüz də yaxşı bilirsiniz, toxunulmaz başçı kimi özünü tanıdan Zakir Fərəcovun xətrinə dəyən tapılmadığından, çoxlarının başına oyunlar açıb. Heç nə bu dövlət rəsmisini dinə-imana gətirmir. Qanunsuz saysız-hesabsız işlər görməkdən çəkinməyən, büdcə pullarını min cür saxtakarlıqlarla silərək, mənimsəyən dövlət qurumları rəhbərləri arasında, dünyanı vecinə almayan bu şəhər başçısının adı öndə çəkilir. Bir sözlə, haram bundan sonra da, onun dadına çatan deyil: Böyük Yaradana artıq hər şey bəllidir!”.

Nufuz sahibi ağsaqqal hamı üçün maraqlı ola biləcək bir məsələni də qeyd etdi ki, başçının xaricə getmək istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış. Onun dediyinə görə, buna, İcra Hakimiyyətində başlanan və Zakir Fərəcovun olan-qalan imicinə daha bir ağır zərbə olan çəkişmə — başçının sabiq müavini, İcra Hakimiyyətinin Yerli Özünidarətmə Orqanları ilə iş üzrə şöbəsinin rəhbəri Gündüz Əliyevlə, Memarlıq və Tikinti Şöbəsinin müdiri — Baş memar Adil Xudadatov
arasındakı qalmaqal səbəb olub: “Dediklərimlə bağlı, sizin yazdıqlarınız da, əsl həqiqəti özündə əks etdirir. Doğrudan da, bir aydan çoxdur başlayan bu çəkişmə “qəhrəmanlarının” adları, bir qrup sahibkarla başçı Zakir Fərəcov arasında çoxdandır davam edən səs-küylü milyonlarla borc qalmaqalında daha çox hallanıb. Çəkişmənin əsas səbəbi odur ki, ağır ittiham maddələri ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı gedən Gündüz Əliyev, barəsində bu cinayət işi açılmamışdan öncə Zakir Fərəcovun baş trolu kimi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, şirkət və firmalardan başçıya çatacaq “aylıq paketləri” toplayıb. Bir sözlə, başçının “qara işlərini” görməkdə adı daha çox keçib. İndi isə, hər şey əlindən çıxıb, artıq “sükan Adil Xudadatovun əlindədir”. Çəkişmənin əsas səbəbkarının, yəni aranı qarışdıranın adı da hamıya məlumdur. O, saxta tenderlərdən əldə olunan
külli miqdarda pulu başçıya çatdıran və Sumqayıtın “tender kralı” kimi tanınan Hümbət Məmmədxanovdur.

Elə, bu biabırçılıqlara görə, Zakir Fərəcovun barəsində də, siyasi qərarın tezliklə veriləcəyi şübhə doğurmur. Özü də bunu yaxşı bilir və buna görə, haram yollarla topladığı kapitalını ölkədən çıxarır. Bəlkə də, müalicə adıyla bu dəfə xaricə getməsinin səbəbi, elə, bu imiş. Aldığım son məlumata görə, artıq baş verənlərə rəsmi qiymət də verilməkdədir. Sumqayıt kimi ölkənin üçüncü böyük bir şəhərində mövcud olan bu qədər etirazın qarşısını almaq üçün, mütləq və mütləq, Zakir Fərəcov kimi bir rəhbər şəxsin vəzifədən alınmasına tezliklə qərarın verilməsi labüddür. Axı, bu şəhərdə böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən birisi, kimin adamı olursa olsun, öz layiqli payını almalıdır. Elə, buna görədir və yayılan son məlumatlar da təsdiq edir ki, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb. Həmin mülklərin digər qismini isə, banklara girov qoyaraq, müqabilində böyük məbləğli kreditlər götürüb. Xəbərlərdən aydın olan da odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditlər götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən, mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən il xaricə çıxardığı pulun məbləği milyonlarla manat olub. Həmin pulları isə, xarici ölkələrdə ya banklara yerləşdirib, ya da, bu pullara mülklər alıb. Xəbərlərdən belə başa düşülür ki, icra başçısı işdən çıxarıldıqdan sonra, sərvətini təminat altına almaq üçün, bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də, mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur”.

Anar MUSTAFA,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

NUH informasiya agentliyi səhifəsindən çap edilib