Dərc edilib: 25-04-2024

https://www.nuh.az/37126-.html

Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO

25.04.2024 13:01:21

Cəmiyyət

2021-ci ilin iyul ayında SOCAR-da vitse-prezident postunu itirən Mikayıl İsmayılov oğlu Orxanın qeyri-rəsmi yaşadığı Fidan Abbasova ilə bağlı məhkəmələrə təzyiqləri davam etdirir. Belə ki, hələ vəzifə də olduğu dövrdə, yəni 06 may 2017-ci ildə keçmiş gəlini Abbasova Fidan Loğman qızı öz vəkili Adəm Məmmədova inanaraq notarius qaydasında öz iradə ifadəsi ilə deyil məzmununu və hüquqi nəticəsini bilmədiyi üçün imzalayaraq “atalığın müəyyən edilməsi” tələbinə dair iddiadan imtina ərizəsi yazmışdır. İddiaçı iddia tələbindən imtina edərək, məhkəmə-tibbi bioloji ekspertizasının təyin edilməsi barədə qərardadın icrasını dayandırmışdır. O zaman ancaq cavabdeh qismində tanınan Orxan İsmayılzadə Fidan Abbasovaya bildirmişdir ki, “iddianı məhkəmədən geri götürsə o məhkəmədən kənar övladımızın atası olması ilə bağlı bütün sənədləri təqdim edəcəkdir”.

 


 Qeyd edək ki, Fidan xanımın Orxan İsmayılzadədən istədiyi tək şey övladının atası olması faktını danmaması və qızı Nilin sənədlərində atasının kimliyinin yazılmasıdır. Ancaq Orxan İsmayılov keçmiş xanımının əksinə olaraq atalıqdan imtina ilə bağlı məhkəməyə müraciət edib.




Xatırladaq ki, İsmayılzadə Orxan Mikayıl oğlu ilə Fidan Abbasova 2012-ci ilin may ayında bir ailə kimi yaşamağa başlayıblar. Birlikdə yaşadıqları müddətdə 2012-ci ildən 03 sentiyabr 2016-cı il tarixədək davam etmişdir. Belə ki, Mikayıl İsmayılov Orxan ilə Fidanı oxumaq üçün Avropaya göndərib. Bununla bağlı kifayət qədər sübutlarda vardır.

Cütlüyün 05 may 2015-ci il tarixdə Nil adlı övladları dünyaya gəlib, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşməmiş, nə də atalığı qəbul etməmişdir. Bəhanə olaraq bildirmişdir ki, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək.











Həmin vaxt Orxanın atası Mikayıl İsmayılov yüksək vəzifəli məmur olduğu üçün istədiyi şəxsə təzyiq etmək imkanında olub. Ancaq övladı ilə maraqlanmış, hətta Almaniyadan Fidan xanıma Nil üçün darıxdığını bildirən mesajlarda yazmışdır.



Mesajlarda qızı üçün ürəyini verən Orxan İsmayılzadə bu gün həmin Nili saxlayan ananı həbslə hədələyir, üzərinə məhkəmə vasitəsilə pul təzminatı qoydurur. Fidan xanıma yazdığı mesajlarda açıq-aydın onu təhdid edir, Mikayıl İsmayılovun adını çəkməməyi, Ata Abdullayevin aqibətini yaşayacağını israrla bildirir. Həmin mesajlarıda oxucuların diqqətinə çatdırırıq.







Xatırladaq ki, Orxan İsmayılzadə 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin 1996-cı il təvəllüdlü qızı-Leyla Quliyeva ilə ailə qurub. Ancaq buna kimi faktiki Fidan xanımdan başqa Rumıniyada da Hucanu Andreea-Georgiana adlı bir xanımdan 2018-ci ildə övlad dünyaya gətirib. Adınıda Mikayıl qoyub.





Qeyd edək ki, Orxan İsmayılzadə həmin övladınada sahiblənməyərək rumın xanımı atıb. Hucanu Andreeada 21 may 2021-ci ildə öz vəkili vasitəsilə Azərbaycanda olan Rumıniyanın səfirliyi və Azərbaycanın Ədliyyə Nazirliyinə Orxan İsmayılzadənin övladına sahib çıxmaması ilə bağlı rəsmi surətdə şikayət məktubu göndərib.









Ancaq əfsusular olsun ki, həmin şikayət məktubunada Mikayıl İsmayılzadənin əlaqələri sayəsində reaksiya olmayıb, Hucanu Andreeada atalıqla bağlı heç bir rəy ala bilməyib. Orxan rumın xanıma bildirib ki, bizim pulumuz çoxdur, biz istədiyimiz ölkədə istədiyimiz şeyi ala bilirik.

Sonda bildirək ki, Sabunçu rayon Məhkəməsinin hakimləri Anar Rzayev və Ruslan Mirzəliyevin haqsız qərarları ilə bağlı Fidan xanımın vəkili hüquqi müstəvidə aidiyyətli orqanlara şikayətlər edib. Sonuncu dəfə isə, 18 aprel 2024-cü ildə Sabunçu rayon Məhkəməsində hakim Ruslan Mirzəliyev Fidan xanımın cavabdeh Orxan Mikayıl oğlu İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair 12 may 2017-ci il tarixli qərardadından şikayətin verilməsi üçün olan prosessual müddətin bərpa edilməsinə dair ərizəsinidə təmin etmədi. Bir daha Mikayıl İsmayılov öz gücünü, pulunu həyatını Orxana, övladı Nilə qurban vermiş Fidan Abbasovanın üzərində göstərdi.

Oxucuların nəzərinə çatdıraq ki, haqq öz yerini tutana kimi haqqı, hüququ tapdalanmış Fidan xanım Abbasovanın hüquqların bərpa edilməsində ictimai rəyin gücünü görmək istəyirik.

Növbəti saylarımızda isə Mikayıl və Orxan İsmayılovların heç bir yerdə işıqlandırılmayan qanunsuz əməlləri barədə sizlərə məlumat verəcəyik.

 

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib