Dərc edilib: 25-04-2024

https://www.nuh.az/37128-.html

Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL

25.04.2024 14:30:16

Maraqlı

Xəbər   verdiyimiz   kimi   TƏBİB-in (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) icraçı direktoru Vüqar Qurbanov  bir müddət  əvvəl Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi, “ Əməkdar həkim “  Rauf Nağıyevi  qanunsuz  olaraq   vəzifəsindən azad etmişdi. 

NUH.az-a daxi ola məlumata  görə,  dünən Nəsimi rayon məhkəməsi  Rauf  Nağıyevin  iddia ərizəsinə   baxaraq   onun  vəzifəsinə bərpa olunması ilə  bağlı qərar verib. 

Rauf  Nağıyevin  özü ilə telefon  əlaqəsi   saxladıq  və o,  xəbəri təsdiq elədi. 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib