Dərc edilib: 24-05-2024

https://www.nuh.az/37278-.html

İlhamə Quliyevanın oğlu itkin düşüb

24.05.2024 20:43:04

LIVE

Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov Moskvada itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızı “Səni axtarıram” proqramında məlumat verib.

 
O bildirib ki, Orxan ötən ilin 23 sentyabrında Moskvadan Türkiyəyə uçmaq üçün hava limanına yollanıb.

Sonra isə ondan heç bir xəbər alınmayıb.

Qeyd edək ki, O. Nadirov əvvəllər iki dəfə dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib