Dərc edilib: 06-06-2024

https://www.nuh.az/37337-.html

Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 72 nəfər saxlanıldı

06.06.2024 12:00:20

LIVE

Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatına qarşı “Kıskaç-19” əməliyyatı keçirilib.

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, son dörd gün ərzində əməliyyat çərçivəsində terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 72 nəfər saxlanılıb. 

Əməliyyat Ankara, Bingöl, Bitlis, Edirne, Elazığ, Ərzurum, Qaziantep, İstanbul, İzmir, Qars, Kayseri, Kırşehir, Konya, Malatya, Muğla, Sakarya və Uşakda baş tutub. 

“Kıskaç-19” zamanı çox sayda rəqəmsal material və təşkilata aid sənədlər aşkar edilərək götürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib