Prezident ÜTT-nin baş direktorunu qəbul etdi
Prezident İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb.
***
Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğulayıb.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.

