Dərc edilib: 07-06-2024

https://www.nuh.az/37341-.html

Qudasına yüksək vəzifə verdi

07.06.2024 11:53:40

LIVE

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.


NUH.az     Manset.az-a istinadən xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Xatırladaq ki, F. Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib