Dərc edilib: 23-06-2024

https://www.nuh.az/37427-.html

Ermənistan əhalisi əzab-əziyyətdən yorulub - Paşinyan

23.06.2024 22:32:41

LIVE

“Ermənistan əhalisi mübarizədən, əzab-əziyyətdən və sağ qalmağa çalışmaqdan yorulub”.

“Qafqazinfo” “News.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, xalqın əsl ideologiyası belədir:

“Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Sadəcə yaşamaq istəyirik”.

Onun fikrincə, dövlət “əbədi mübarizə” üçün tramplin deyil, xoşbəxtlik və rifahı təmin edən alətdir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib