Dərc edilib: 25-06-2024

https://www.nuh.az/37459-.html

Elçibəy dedi ki, Azərbaycanın beli qırıldı - Arif Əliyev...)))

25.06.2024 20:39:20

LIVE

Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev öz gözləri ilə gördüklərindən danışır.

O, Səadət Akifqızının suallarını cavablandırıb.

Video müsahibənin ikinci hissəsində Arif Əliyev müstəqilliyin ilk illərində Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.

 

"Türkiyənin çalışdığı o idi ki, Əbülfəz Elçibəy və Heydər Əliyev bir yerdə olsunlar. Onların yanaşma tərzi bu idi ki, Azərbaycanın güclənməsi üçün bu, birinci şərtdir", - Arif Əliyev deyir.

Onun sözlərinə görə, Əbülfəz Elçibəylə Heydər Əliyevin əməkdaşlığı "mümkünsüz idi".

"Heydər Əliyevin yanaşması bu idi ki, mənimlə əməkdaşlıq etmək istəyirsənsə, mənə tabe olmalısan", - o deyir.

Arif Əliyev hesab edir ki, Əbülfəz Elçibəy romantik, Heydər Əliyev isə praqmatik siyasətçilər idilər.

O, Heydər Əliyev ilə Əbülfəz Elçibəyin hakimiyyətləri dövründə işğal olunan Azərbaycan ərazilərdən və bunun səbəblərindən də danışır.

Arif Əliyev ehtimal edir ki, "Əliyevlə Elçibəy dil tapa bilsə idi, bəlkə də o dövrkü itkilərin böyük bir qismi olmazdı".

Əbülfəz Elçibəyin rəhbərlik etdiyi AXC Azərbaycanda 1992-1993-cü illərdə hakimiyyətdə olub. Həmin vaxtlar Azəraycan yenicə SSRİ-dən ayrılaraq müstəqilliyini elan etmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib