Baş redaktor Ədil Hüseynli saxlanılıb? - 2 gündür xəbər yoxdur
Bizimxeber.az-ın baş redaktoru, tanınmış jurnalist Ədil Hüseynlidən 2 gündür xəbər yoxdur. Baş redaktorun ailə üzvlərindən daxil olan məlumata görə, onunla sonuncu dəfə 2 gün əvvəl əlaqaə saxlamaq mümkün olub.
Məlumata görə,o bir neçə gün imiş izlənilirmiş və hətta oğlu idə hədələnirmiş.
Qeyd edək ki, Ədil Hüseynli ixtisaslı jurnalistdir və araşdırma yazıları ilə məşğuldur. Azərbaycanda məmurların korrupsiya əməllərini araşdıran jurnalist bir müddət əvvəl ciddi təzyiqlər altında olduğunu bildirmişdir. Hətta əlkəni tərk edəcəyini bəyan etmişdir.
Bu arada qeyd edək ki, onun harada olduğu barədə heç bir rəsmi qurum açıqlama vermir.
Ədil Hüseynli uzun illərdir Azərbaycanda müstəqil jurnalistikanın inkişafı üçün müstəqil olaraq fəaliyyət göstərən jurnalistlərdəndir.
O, müxtəlif qəzetlərdə və xəbər poratllarında müxtəlif vəzifələrdə (Parlament müxbiri, redakror, şef redaktor, baş redaktor) çalışıb. Hazırda 13 ildən çoxdur fəaliyyət göstərən Bizimxeber.az portalının baş redaktorudur.